Today Şənbə, 2nd Avqust 2025
Birinci 24

Birinci 24

BQXK-nın Azərbaycan Nümayəndəliyi də fəaliyyətini dayandırır

BQXK-nın Azərbaycan Nümayəndəliyi də fəaliyyətini dayandırır

Avqustun 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi qəbul edib.

Xarici İşlər Nazirliyinin məlumatında bu qəbulun, BQXK-nın missiyası yekunlaşan nümayəndəliyinin rəhbərinin Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə gerçəkləşdiyi vurğulanır.

“Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXQ ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb”, — məlumatda əlavə edilib.

BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir, ondan iki həftə sonra Ağdam və Bərdə rayonlarında da ofisləri açılıb.

Qurumun özü Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır, 1863-cü ildə yaradılıb. 1949-cu il Cenevrə Konvensiyasını, onun Əlavə Protokollarının iştirakçısı olan dövlətlər (imzalayanlar) BQXK-ya beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat veriblər.

Editor

Related Posts