Today Şənbə, 2nd Avqust 2025
Birinci 24

Birinci 24

Yay istisində çantanız boş qalmasın: Bu 5 əşya sizi gün ərzində xilas edə bilər!

Yay istisində çantanız boş qalmasın: Bu 5 əşya sizi gün ərzində xilas edə bilər!

Havanın temperaturu 35 dərəcəni keçəndə yalnız geyimlə deyil, gündəlik daşıdığımız çantanın içindəkilərlə də istilərə qarşı “mübarizə planı” qurmaq vacib olur. Uzun müddət açıq havada qalmaq, günəş şüalarına məruz qalmaq və orqanizmin sürətli maye itirməsi yayda bir çox sağlamlıq və narahatlıq probleminə yol aça bilər.

Bəs belə vəziyyətlərdən qorunmaq üçün çantanızda nələr olmalıdır? Mütəxəssislərin və gündəlik təcrübələrin işığında isti havalarda özünüzü daha rahat və təhlükəsiz hiss etməyiniz üçün mütləq çantanızda olmalı 5 əşyanı təqdim edirik.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bəziləri sadə görünə bilər, amma yoxluğu ciddi narahatlıq yaradacaq: 

Su qabı

Yay istisində bədən sürətlə maye itirir. Susuzluğun və günvurmaların qarşısını almaq üçün təkrar istifadə olunan su qabında sərin su gəzdirmək vacibdir.

Gün eynəyi və gün kremi

UV şüalarına qarşı qorunmaq üçün çantada gün eynəyi və ən az SPF 30 olan gün kremi saxlamaq tövsiyə olunur. Gün kremi təkcə dənizdə yox, gündəlik şəhər həyatında da istifadə edilməlidir.

Salfet və ya nəmləndirici salfet

Tərləməyə qarşı, əlləri və üz dərisini təmiz saxlamaq üçün antibakterial salfetlər və ya nəmləndirici mendillər gəzdirin. Həm gigiyena, həm də tər hissini azaltmaq baxımından faydalıdır.

Yüngül şərf və ya papaq

Başınızı birbaşa günəşdən qorumaq üçün geniş kənarlı papaq və ya nazik, tər udan bir şərf çox işə yarayar. Xüsusilə günün ən isti saatlarında (12:00–16:00) açıq havada olanlar üçün vacibdir.

Dodaq qoruyucusu və dezodorant (mini ölçüdə)

İsti havada dodaqlar da quruyur. SPF-li dodaq qoruyucusu və mini ölçülü dezodorant həm tər qoxusunu önləyər, həm də özünüzü təravətli hiss etməyə kömək edər.

Editor

Related Posts