Sosial şəbəkələrdə Sabirabad rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxsin görüntüləri yayılıb. Məsələ ictimaiyyətdə ciddi narahatlıq doğurub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Katibi Teymur Mərdanoğlu yayılan görüntülərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, görüntülərdəki şəxsin Sabirabad rayonunun Qaratəpə kənd sakini, 64 yaşlı Mərdan Hüseynov olduğu müəyyən edilib və o, dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb.
Komitə rəsmisi bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb və şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün zəruri tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan da hadisə ilə bağlı məlumat verilib. Bildirilib ki, Mərdan Hüseynovun azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb və o, barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda fakta görə istintaq hərəkətləri davam etdirilir.