Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Laçın dəhlizi ilə sülhməramlıların məsuliyyət zonasına silahlar daşınır

Azərbaycan tərəfi bu gün Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınmasından xəbərdar olub.

“Sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına aşağıdakıları tədarük ediblər:

  • piyada əleyhinə minalar;
  • tank əleyhinə minalar;
  • avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar;
  • snayper tüfəngləri;
  • 122 mm-lik minaatanlar;
  • “Fagot” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
  • “Kornet” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
  • Qumbaraatanlar;
  • Portativ rabitə;
  • Sursatlar.

Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb. Bu gün və sabah ərzində Erebuni hava limanına Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin silahlarla dolu daha iki təyyarəsinin gəlməsi və həmin silahların Gümrü bazasında saxlanılması gözlənilir. Bəzi silah növləri İran və Suriyadan cəlb olunub.

admin

Related Posts