Today Çərşənbə axşamı, 12th Avqust 2025
Birinci 24

Birinci 24

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalıb

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalıb

2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir

Bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalıb:

“Qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15,0 faiz artıb. İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul  istehsalı  sahələrinə, 3335,2 milyon  manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 7822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub”.

Editor

Related Posts