Today Çərşənbə axşamı, 12th Avqust 2025
Birinci 24

Birinci 24

“Vaşinqtonda imzalanmış saziş davamlı sülhə gedən yolda tarixi bir addımdır” – Ərdoğan

“Vaşinqtonda imzalanmış saziş davamlı sülhə gedən yolda tarixi bir addımdır” – Ərdoğan

“Azərbaycan və Ermənistan arasında ABŞ-də əldə olunan razılaşma davamlı sülhə gedən yolda tarixi bir addımdır”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.

Türkiyə lideri qeyd edib ki, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb:

“30 illik işğaldan sonra Qarabağın azadlığına qovuşması ilə bölgəmizdə yeni mərhələ başlayıb. 8 avqustda Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhə gedən yolda tarixi bir addımdır.

Həmçinin Azərbaycana qarşı sanksiyaların qüvvədən düşməsi sevindiricidir. Türkiyə olaraq Azərbaycanın yanında olacağıq”.

Editor

Related Posts