Azərbaycanda narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı artıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında deyilir ki, ötən il 4967 nəfər narkomaniyadan ilk dəfə xəstələnən şəxs kimi qeydiyyata alınıb.
DSK bildirir ki, 2023-cü ildə bu say 3796, 2020-ci ildə 2723 nəfər təşkil edib.
Komitənin məlumatına görə, ötən il Azərbaycanda 40490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyata düşüb.
2023-cü ildə bu rəqəm 36 659 nəfər təşkil edib.
Narkomaniya ilə yanaşı ötən il tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyata düşüb.
Alkoqolizm və alkoqol psixozu ilə xəstəxanaya müraciət edənlərin sayı 2024-cü ildə 9 578 nəfər təşkil edib.