Today Cümə axşamı, 14th Avqust 2025
Birinci 24

Birinci 24

Azərbaycan Xəzərdə təlim keçirib

Azərbaycan Xəzərdə təlim keçirib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə avqustun 14-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Bildirilib ki, təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

“Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər…”, – məlumatda əlavə edilib.

Xəzər dənizi beş ölkənin payına düşür. Bura Azərbaycandan başqa Rusiya, İran, Türkmənistan və Qazaxıstan daxildir.

Təlimin cari ilin hazırlıq planına əsasən keçirildiyi bildirilsə də, o, qonşu Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir.

Editor

Related Posts