Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gənclər Vətən müharibəsi iştirakçıları ilə görüşüblər

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti Nurlan Məhərrəmov və Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova Vətən müharibəsi iştirakçılarını böyük qələbə münasibətilə təbrik ediblər. Bildirilib ki, Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə rəşadətlə iştirak edib, şəhidlik zirvəsinə ucalıb, xalqımıza qələbə sevinci yaşadıblar.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçılarına təşəkkürnamələr təqdim edilib.

Çay süfrəsi ətrafında davam edən görüşdə qazilər döyüş xatirələrini bölüşüb, vətən sevgisi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıb, gəncləri maraqlandıran sualları cavablandırıblar.

Tədbir çərçivəsində həmçinin “Görünməyən qəhrəmanlar – Bizim torpaq” sənədli filmi də nümayiş olunub.

admin

Related Posts