Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məktəblilər arasında yaradıcılıq müsabiqəsi yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda Zəfər Günü təntənəli şəkildə qeyd edilir, bu istiqamətdə bir sıra tədbirlər, müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri də məktəblərdə keçirilən yaradıcılıq müsabiqəsidir. Müsabiqədə şanlı zəfərimiz şagirdlərin gözü və təfəkkürü ilə kompozisiya, şeir, mahnı, rəqs, rəsm və əl işlərində öz əksini tapıb.

Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov müzəffər ordumuzun 44 gün ərzində döyüş meydanında göstərdiyi şücaətdən bəhs edib, müsabiqə barədə məlumat verib.

Sonra yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Şəhər və rayon mərhələlərinin qalibləri arasında keçirilmiş müsabiqənin yekun nəticələrinə əsasən səhnələşdirmə və ya kompozisiya üzrə 4, rəsm işləri üzrə 6, əl işləri üzrə 6, milli musiqi, mahnı və rəqslər üzrə 6, şeir üzrə 6 olmaqla, ümumilikdə 28 qalib müəyyənləşdirilib. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə təltif olunublar.

Sonra yaradıcılıq müsabiqəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində vətən, torpaq haqqında müdriklərin kəlamları səsləndirilib, müsabiqə qalibləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən şeir, mahnı və rəqs nömrələri təqdim edilib.

Sonda yaradıcılıq müsabiqəsində şagirdlər tərəfindən çəkilən rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış olub.

admin

Related Posts