Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Zəfər günü” münasibəti ilə Haçadağa yürüş təşkil edilib

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman növləri Federasiyasının bir qrup idmançısı Haçadağa yürüş edib.

“Zəfər günü” münasibəti ilə həyata keçirilən yürüşdə 14 nəfər federasiya üzvü iştirak edib. Yürüş iştirakçıları məlumatlandırıldıqdan sonra hazırlıqlarını tamamlayıb, Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağa yürüşə başlayıblar. 6 saatlıq yürüşün ardından Haçadağın zirvəsinə qalxan gənclər şəhidlərimizin ruhunu bir dəqiqəlik sükütla yad ediblər.

Dövlət himni səsləndirilib.

Qeyd edək ki, federasiyanın üç üzvü isə “Zəfər günü” münasibəti ilə türkiyəli idmançılarla bigə Qars şəhəri yaxınlığındakı Allahu Əkbər dağının 3150 metrlik zirvəsinə dırmanıblar.

admin

Related Posts