Gənclər Dövlət Bayrağı Muzeyini ziyarət ediblər

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı gənclərə Dövlət Bayrağı Muzeyi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, qədim tarixə, zəngin dəyərlərə malik xalqımızın yenilməzlik ruhu bu gün milli ideologiyamızın ən mühüm simvolu olan üçrəngli bayrağımızda öz təsdiqini tapıb. Bayraq Muzeyi də dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Bildirilib ki, Dövlət Bayrağı Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb, 2014-cü il noyabrın 17-də fəaliyyətə başlayıb.

Muzeyin eksponatlarını maraqla izləyən qonaqlara tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri barədə dolğun məlumat verilib.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər gənclərin diqqətini cəlb edib.

admin

Related Posts