Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aygün Kazımova və Rəsul bu klip üçün fərqli obraza girdi

Xalq artisti Aygün Kazımova və müğənni Rəsul Əfəndiyev bir neçə gün əvvəl təqdim etdiyi duetləri üçün kamera qarşısına keçiblər.

“Poqodi pastoy” adlanan mahnının musiqisi Kazımcan, sözləri isə OGB (Orxan Qarabasma) tərəfindən yazılıb. Divanın fərqli obrazda çəkildiyi klipin rejissor işi Dele-yə həvalə edilib.

İfaçıların Meksika tərzində olan stilləri üzərində Ruxa və Fuad çalışıb.

Ekran işi artıq yutub kanalında yayımlanır.

Qeyd edək ki, bu, Aygün Kazımova ilə Rəsulun sayca dördüncü duetidir. Onlar bundan əvvəl “Dola mənə qolunu”, “Yarımdı o”, “Bu şəhərdən” mahnılarını oxuyublar.

admin

Related Posts