Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Elə gənc müğənnilər var ki, mikrofon tutmağı belə bacarmır”

“Bu gün Azərbaycan musiqisi bir kənara qalıb, türk, iran, ərəb, fars – bu musiqiləri gətirib söz yazırlar və professional səhnəyə çıxarırlar. Mən buna problem deyirəm. Bir pedaqoq kimi bunun üzərindən keçə bilmərəm, mümkün deyil”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Səhərin səsi” verilişinə qonaq olarkən deyib.

Sənətçi bildirib ki, bəzi gənc müğənnilər mikrofon tutmağı belə bacarmır:

“Bu gün elə gənclərimiz var ki, internetdə bir neçə mahnı oxuyub, bir klip çəkdirməklə artıq səsləri, adları qulağıma dəyib. Mən görürəm, hətta böyük sözünə, məsləhətlərinə belə əhəmiyyət vermirlər. Mən o gəncləri nəzərdə tutmuram. İstedadı, mədəniyyəti olan, səhnəyə yaraşan, böyük sözünü dinləyə bilən gənclər var ki, təcrübələri yoxdur. Ən azından səhnədə onlara təcrübəni izah etmək lazımdır. Adi mikrofon saxlamaq mədəniyyəti var. Bəzi gənclərimiz var ki, o mikrofonu heç əlində düz saxlaya bilmir, musiqiləri düz oxumur”.

admin

Related Posts