Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağdamda Qarabağ qazisi vəfat edib

Ağdamda Qarabağ qazisi vəfat edib

Birinci Qarabağ müharibəsi iştirakçısı, silahlı qüvvələrin ehtiyatda olan baş giziri Nəriman Şahmalı oğlu Teymurov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Onun ölümünə səbəb səhəttində qəfil baş verən narahatlıq olub.

Qeyd edək ki, Nəriman Teymurov 1967-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində doğulub.

Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü başlayanda könüllü olaraq döyüşə ilk qatılanlardan olub. Ərazilərin müdafiəsi uğrunda aparılan bir çox hərbi əməliyyatlarda iştirak edib. 1994-cü il – ətəşkəs müqaviləsindən sonra N.Teymurov hərbçi kimi keçmiş ön xətt bölmələrində baş gizir hərbi rütbəsi ilə Vətənə xidmət edib.

Mərhum bu gün Bərdə rayon Saatlı kənd qəbirstanlığında dəfn edilib. Qazinin vida mərasimində yaxınları, doğmaları ilə yanaşı, onun silahdaşları da iştirak edib.

Editor

Related Posts