Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət Universitetində Konstitusiya Günü münasibətilə tədbir keçirilib

Tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Vurğulanıb ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə və cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, yeni milli konstitusiyanın hazırlanmasına və qəbuluna da şərait yaradıb. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.

“Milli Konstitusiyamız siyasi-ideoloji və hüquqi tərbiyə müstəvisində” mövzusunda Hüquq fənləri kafedrasının müəllimi, dosent Elman Cəfərli çıxış edib.

Tədbirdə “Hüquqşünalıq” ixtisası üzrə II kurs tələbəsi Toğrul Bəylərov “Azərbaycan Respublikasının Konstitusiyası və gənclər siyasəti” mövzusuna toxunub.

admin

Related Posts