Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi qaydası dəyişdirilib

Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilib.

Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

admin

Related Posts