Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ağdama səfər edib.
Bu barədə məlumatı səfir öz rəsmi tviter hesabında paylaşıb.
“Ağdama ilk səfərim. Dağıntıları görmək çox ağırdı. Amma ANAMA-nın gördüyü işlər məndə gələcəyə ümid yaradır”, – deyə səfir paylaşımında qeyd edib.


