Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda evlənən hər 4 nəfərdən biri boşanıb – Rəsmi

Azərbaycanda evlənən hər 4 nəfərdən biri boşanıb – Rəsmi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 45 min 321 nikaha daxilolma və 11 min 819 boşanma halları qeydə alınıb.

Açıqlanan rəsmi statistikaya istinadən, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1875 nəfər gələn, Azərbaycandan isə 707 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 1168 nəfər təşkil edib.

Editor

Related Posts