
Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində gənclər arasında güllə atıcılığı üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən birincilikdə ali və orta ixtisas təhsili müəsissələrinin tələbələri, eləcə də şəhər və rayonların fəal gəncləri iştirak ediblər.
Yarışda 15 idmançı atıcılıq bacarıqlarını nümayiş etdirib. Qaydalara əsasən hər idmançı 5 atış edib. Yekun xallara əsasən Novruz Muradov birinci, Əmrah Əsgərli ikinci, Rasim Rüstəmov isə üçüncü yerləri tutublar.
Qaliblər Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində keçiriləcək yekun tədbirində mükafatlandırılacaqlar.