Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Muxtar respublikada məktəblilər vərəmə qarşı müayinələrə cəlb edilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq iş planına əsasən ümumtəhsil məktəblərində flüoroqrafik müayinələr davam etdirilir.

Noyabrın 1-dən start verilən tibbi müayinənin məqsədi vərəmin erkən diaqnostikası və onun qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qrafikə uyğun olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı ümumtəhsil məktəblərində müayinələr aparılır.

Bu gün isə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri flüoroqrafik müayinələrə cəlb olunub. Müayinə üçün Naxçıvan Muxtar Respublika Ağciyər Xəstəlikləri Dispanserinin əməkdaşları tərəfindən yeniyetmələr flüoroqrafiya aparatı yerləşdirilmiş səyyari avtomaşına dəvət olunaraq fitizator vasitəsilə yoxlamadan keçiriliblər.

Qeyd edək ki, ildə 2 dəfə aparılan profilaktik müayinə zamanı gizli xəstəliklər vaxtında aşkar olunur, lazım olarsa, ətraflı müayinə üçün yeniyetmələr stasionara cəlb olunur. Flüoroqrafik tibbi müayinələr dekabrın 20-dək muxtar respublikanın bütün ümumtəhsil məktəblərində davam etdiriləcək.

admin

Related Posts