
Muxtar respublikanın bölgələrində yaşıllaşdırma aksiyası artıq ənənə halını alıb.
Ötən gün Şərurun bir sıra kəndlərində ağacəkmə aksiyaları keçirilib, yeni meyvə bağları salınıb. Belə ki, Aşağı Daşarx, Ərəbyengicə, Dərvişlər və Siyaqut bələdiyyələrinin təşəbbüsü ilə müvafiq bələdiyyə torpaqlarını əhatə edən 1 hektardan artıq ərazidə ağacəkmə həyata keçirilib.
Yaşıllaşdırma aksiyasında ictimaiyyət nümayəndələri fəallıq göstərib, ərazilərə ümumilikdə 450-dən artıq şaftalı, ərik və digər meyvə tingləri əkib və suvarıblar.