Aşıq Əlixan Niftəliyev dünyasını dəyişib.
Bu barədə millət vəkili Qənirə Paşayeva məlumat yayıb: “Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad sənətkarımız Aşıq Əlixan Niftəliyev vəfat edib”.
Qeyd edək ki, Azərbaycanın tanınmış aşığı Əlixan Niftəliyev 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.
