Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Milli Dirçəliş günündə dəfn olunan şəhidimiz 

Milli Dirçəliş günündə dəfn olunan şəhidimiz 

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var-Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxunun nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu uca zirvəyə yüksələ bilərlər.

Bu kimi fikirlər Oğuzdan olan şəhid Elşən Əhmədlinin şəhadətinin ikinci ildönümündə səsləndirilib.

Qeyd olunub ki, bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.

Milli-mənəvi birliyimiz, vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır.
Vəfatının ikinci ildönümündə qürurla anılan şəhid Elşən Əhmədli Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə bakalavr təhili alıb. Universiteti bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanır. Həqiqi hərbi xidmətdə o, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət keçməklə həm də hərbi sirlərə yiyələnir, fiziki və mənəvi baxımdan günlənir.

Elşən Vətən Müharibəsi başlayan gündən könüllü olaraq cəbhəyə yollanır. Müxtəlif istiqamətlərdə gedən döyüşlərə qatılır,

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn şəhidimiz noyabrın 17-də Oğuz şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Vəfatından sonra Elşən Əhmədli “Vətən uğrunda”, “Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Editor

Related Posts