Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Gec-tez Xankəndində bayrağımız dalğalanacaq” – Politoloq

“Gec-tez Xankəndində bayrağımız dalğalanacaq” – Politoloq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiqləyib. Bu proqramda 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi də öz əksini tapıb. Bu məsələ cəmiyyətdə böyük marağa səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur Məmmədovun sözlərinə görə, ermənilər bilməlidir ki, infrastruktur baxımından onların rahatlığı və sosial cəhətdən gələcək yaşayışı Azərbaycan dövlətinin diqqətindədir.

“Əgər Xankəndi ilə bağlı hansısa ölkələr tərəfindən cığallıqlar olmasa və verilən sözlərə əməl edilərsə, bu, baş tutacaq. Eyni zamanda, təəssüf ki, Qarabağın dağlıq hissəsində vəziyyətin bugünkü səviyyədə qalmasında maraqlı olan qüvvələr var. Və onlar hər yola əl atacaqlar ki, azərbaycanlılar həmin bölgələrə daha gec qayıtsınlar. Amma gec-tez Xankəndində bayrağımız dalğalanacaq. Bölgədə mühüm proseslər baş verəcək. Ümumiyyətlə dünən Qarabağla, Şərqi Zəngəzur ilə bağlı qəbul edilən qərar, bəyanat və fərmanlar onun göstəricisidir ki, Azərbaycan tez bir zamanda bölgədə sülh quruculuğunu davam etdirmək istəyir. Amma digər tərəfdən də, region uğrunda hegemon dövlətlər arasında geosiyasi mübarizənin də gedəcəyi gözlənilir. Bu baxımdan Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarından çox şey asılı olacaq”.

Editor

Related Posts