
Naxçıvan Dəmiryolu Vağzalında yeni aviakassa fəaliyyətə başlayıb.
Ötən dövrdə Naxçıvan şəhərində, Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında aviakassalar tikilib istifadəyə verilib. Bu işlərin davamı olaraq Naxçıvan şəhərində daha bir aviakassa fəaliyyətə başlayıb.
Şəhərimizdə sayca 3-cü aviakassa Naxçıvan Dəmiryolu Vağzalında fəaliyyətə başlayıb. Aviakassanın istifadəyə verilməsi bilet satışında yaranan sıxlığı aradan qaldıracaq. Aviakassa həftənin bütün günləri fəaliyyət göstərir. Sakinlər vaxt itkisinə yol vermədən buradan biletlərini rahat əldə edə bilərlər.