Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfada muzeylər ziyarət edilib

Culfa rayonunda bir sıra idarə, müəssisə və təşkilatların kollektivləri rayondakı Gülüstan türbəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı kollektivə Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası ilə fərqlənən Gülüstan türbəsinin tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gülüstan türbəsi sərdabə qatı yer üstündə qaldırılan unikal tarix-memarlıq abidəsidir. 12-ci əsr abidəsi Əcəmi memarlıq məktəbinin yadigarıdır. Dünya əhəmiyyətli abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən elmi və tarixi əsaslarla bərpa olunub.

“Əlincəqala” Tarix-Mədəniyyət muzeyini ziyarət edən kollektivlər Əlincəqala ərazisində aşkar olunan və muzeydə nümayiş etdirilən boyalı keramika parçaları, saxsı qablar, sikkələr və digər dəyərli nümunələr barədə məlumat əldə ediblər. Qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunub və ərazidə muzey istifadəyə verilib. Diqqətə çatdırılıb ki, bura yerli qonaqlarla yanaşı turistlərin də marağı artıb.

admin

Related Posts