Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Xankəndi sonunu Vardan Oskanyanla yaxınlaşdırır?

Xankəndi sonunu Vardan Oskanyanla yaxınlaşdırır?

Xankəndindəki Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında separatçılar növbəti təxribat qərarını elan etməyə hazırlaşır.

Separatçıların yeni “xarici işlər naziri” Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Köçəryanın köməkçilərindən biri Vardan Oskanyan olacaq.

Beləliklə də, sülhməramlıların məsuliyyət zonasında Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməsinə doğru bir addım da atılıb. Maraqlıdır ki, Oskanyan illər uzunu Qərbin, xüsusilə də ABŞ-ın adamı kimi xarakterizə edilir. Lakin bu qərarla ola bilsin separatçıların lideri olmağa hazırlaşan və Kremlin adamı Ruben Vardanyanla razılaşıb.

Başqa bir versiyaya görə, keçmiş prezident Robert Köçəryan müxalifəti birləşdirə və “qərbyönlü” baş nazir Paşinyanı vəzifəsindən uzaqlaşdıra bilmədiyi üçün Vardanyan bu problemi həll etmək üçün göndərilib. İlkin mərhələdə ona öz komandasını formalaşdırmaq tapşırılıb və hazırda bununla məşğuldur. Bundan sonra özünü Qarabağdakı erməni icmasının İrəvandakı siyasi arenaya çıxışı olan “yeganə müdafiəçisi” kimi göstərməlidir. Orada Vardanyan Paşinyanı aradan götürmək üçün Köçəryanla sıx əməkdaşlıq etməli olacaq. Amma bu onu deməyə əsas verir ki, Putinin əsas erməni emissarlarının qüvvələrinin konsolidasiyası artıq başlayır.

Xatırladaq ki, Ermənistanın keçmiş xarici işlər naziri “Həmrəylik” Partiyasının sədridir. Ermənistan vətəndaşlığı il yanaşı, ABŞ vətəndaşıdır. Vardan Oskanyan isə 1998 – 2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub.

Editor

Related Posts