Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şahbuzda “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub

Şahbuz rayonunda “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub.

Şahbuz Rayon Xalq Teatrı tərəfindən hazırlanan tamaşanın ssenari müəllifi əməkdar artist Tofiq Seyidov, quruluşçu rejissoru Namiq Mehdiyev, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı Mübariz Əliyevdir. Tamaşada rayonda fəaliyyət göstərən təcrübəli və həvəskar aktyorlar, eyni zamanda gənc istedadlar rol alıb. Tamaşada rayonun Güney Qışlaq kəndinin 1-ci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan qəhrəman övladı Vaqif Əhmədovdan bəhs olunur.

O dövrdə Bakı Dövlət Universitetinin Mədəniyyət və incəsənət fakültəsində təhsil alan Vaqif Əhmədov müharibə başlayan kimi Qarabağa yollanır, özünü vətən uğrunda odlu-alovlu səngərə atır. Tamaşanın süjet xəttini Vaqifin hərbiçi yoldaşları ilə birlikdə müharibədə bir sıra hərbi əməliyyatların hazırlanmasında və yüksəkliklərin alınmasında fəal iştirakı, göstərdikləri qəhrəmanlıqlar təşkil edir.

admin

Related Posts