Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Asiya İnkişaf Bankının daha bir layihəsi reallaşdırılacaq

Asiya İnkişaf Bankının əməkdaşları növbəti dəfə Naxçıvan Muxtar Respublikasında olublar. Qonaqların iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı” layihəsinin yekun hesabatının təqdimatı olub.

Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə qonaqlar əvvəlcə mərkəzin fəaliyyəti ilə tanış olublar.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Yəhya Allahverdiyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, kənd təsərrüfatı naziri Bəhruz Bayramov, ekologiya və təbii sərvətlər naziri Mayis Əliyevin iştirak etdiyi görüşdə hidrologiya sahəsi üzrə beynəlxalq mütəxəssis Rameş Bandhau Aryal “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı” layihəsinin yekun hesabatı barədə məlumat verib.

Qeyd edib ki, reallaşacaq layihə kənd təsərrüfatının inkişafı üçün çox önəmlidir. Layihədə suvarma, drenaj və meliorasiya fəaliyyəti, sudan istifadənin səmərəliliyi nəzərdə tutulub. Layihənin məqsədi ərzaq təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlığı yüksəltmək, bu sahədə müasir yanaşmaların tətbiq edilməsidir.

Vurğulanıb ki, Naxçıvanda qadın sahibkarlığın inkişaf etdirilməsi də layihənin başlıca istiqamətlərindəndir. Layihə çərçivəsində idarəetmə, maliyyə, əkin zamanı düzgün məhsulların seçilməsi ilə bağlı müxtəlif təlimlər keçiriləcək, 6 alt layihə əsasında muxtar respublikanın iqliminə uyğun İrriqasiya və Drenaj Sistemi qurulacaq.

Layihə Şərur, Babək, Culfa, Kəngərli və Sədərək rayonlarında tətbiq edilməklə, ümumilikdə, 43 min 528 hektar ərazini əhatə edəcək. Layihə çərçivəsində Qaraçuq magistral beton kanalı, Culfa rayonundakı Bənəniyar Su Anbarına sugətirici beton kanalı, Şərur, Kəngərli və Sədərək rayonlarını əhatə edən Arpaçay sağ və sol sahil kanallarında bərpa və müasirləşmə işləri aparılacaq. Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar, Yurdçu kəndlərindəki əkin sahələrinin su ilə təchizatında mühüm rol oynayacaq iki mərhələli nasos stansiyası tikiləcək. Böyükdüz, Xok kənlərindəki mövcud qapalı drenaj şəbəkələri müasirləşdiriləcək, Şərur rayonunun Püsyan və Tumaslı kəndlərində qapalı drenajlar tikiləcək.

Beynəlxalq mütəxəssis layihənin icra planı haqqında da məlumat verib.

Görüşdə layihənin texniki parametrləri müzakirə edilib, təkliflər dinlənilib.

admin

Related Posts