Today Çərşənbə axşamı, 15th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kursantlar üçün mühazirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “Məhkəmə ballistik, daktiloskopik, psixoloji ekspertizaların xüsusiyyətləri, hadisə yerinin mühafizəsi və cinayətkar psixologiyası” mövzusunda mühazirə keçiblər.

Bununla bağlı keçirilən tədbirdə Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev kursantların praktiki və nəzəri bilik və bacarıqlarının artırılması, onların gələcək iş fəaliyyəti üçün bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib.

Daha sonra Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar bölməsinin ekspertlərinin mühazirələri dinlənilib.

Mühazirələrdə məhkəmə daktiloskopik ekspertiza fəaliyyətinin tarixi inkişaf yolundan, cinayətkarlıqla mübarizə və ədalət mühakiməsinin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edilib.

Sonda ballistikanın tarixi, məhkəmə-ballistik ekspertizasının təşəkkülü, silahın anlayışı, əsas hissələri, təsnifatı, daktiloskopiyanın tarixi, əl-barmaq izlərinin xüsusiyyətləri, hadisə yerində və laboratoriya şəraitində müxtəlif obyektlər üzərində əl-barmaq izlərinin aşkar edilməsi və götürülməsi ilə bağlı videoçarx nümayiş etdirilib, kursantları maraqlandıran suallar cavablandırılıb.

admin

Related Posts