Today Çərşənbə axşamı, 15th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Heydər Əliyev ili” ilə əlaqədar AMEA Naxçıvan Bölməsində Tədbirlər Planı hazırlanıb

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası olub. İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının qarşısına qoyulan vəzifələr barədə məlumat verib.

Qeyd edib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası məqsədilə AMEA Naxçıvan Bölməsində 8 maddədən ibarət Tədbirlər Planı hazırlanıb, konfrans və tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və başqa fəaliyyətlər nəzərdə tutulub.

İsmayıl Hacıyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əhatə etdiyi məsələləri də iclas iştirakçılarının nəzərinə çatdırıb, Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işlərindən danışıb.

İclasda həmçinin qarşısda duran vəzifələr, 2022-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların keçirilməsinə hazırlığın vəziyyəti və gündəlikdəki digər məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

admin

Related Posts