“Naxçıvan könüllülərinin birlik həftəsi”nə start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən “Naxçıvan könüllülərinin birlik həftəsi”nə start verilib.

5 dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində təşkil olunan “Naxçıvan könüllülərinin birlik həftəsi” çərçivəsində gənclər əvvəlcə müasir gənclər siyasətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat yolunu özündə əks etdirən Heydər Əliyev muzeyində olublar. Ziyarətçilər burada ümummilli liderimizin şərəfli ömür yoluna, ictimai-siyasi fəaliyyətinə və zəngin azərbaycançılıq ideyalarına həsr olunmuş eksponatlarla tanış olublar.

Sonra Naxçıvan Döyüş Şöhrəti Muzeyinə gələn gənclər muxtar respublikanın müdafiəsində istifadə olunmuş hərbi texnikalarla tanış olub, məlumat lövhələri vasitəsilə həmin texnikalar barədə məlumat əldə ediblər.

Könüllü gənclər günün sonunda Xatirə Muzeyini də ziyarət ediblər. Qeyd olunub ki, muzey ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini əbədiləşdirmək məqsədilə yaradılıb. Muzeydə şəhidlərin fotoşəkilləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.

Qeyd edək ki, “Naxçıvan könüllülərinin birlik həftəsi” çərçivəsində gənclərin iştirakı ilə müxtəlif intellektual oyunlar, təmizlik aksiyası və digər tədbirlər keçiriləcək. Həftənin sonunda il ərzində müxtəlif sahələr üzrə fərqlənən gənc könüllülər mükafatlandırılacaqlar.

admin

Related Posts