Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkeş kəndində yeni mərasim evi istifadəyə verilib

Şahbuz rayonunun Türkeş kəndində mərasim evi istifadəyə verilib.

Bu münasibətlə mərasim evində ehsan süfrəsi açılıb.

Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev, rayon dini icmasının sədri Mirməhəmməd Seyidov və Türkeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vidadi Həmzəyev bildiriblər ki, son illər muxtar respublikada yüzlərlə məscid və mərasim evləri tikilərək və ya bərpa edilərək əhalinin istifadəsinə verilib. Qeyd olunub ki, Şahbuz rayonunda da son dövrlərdə mərasim evlərinin tikintisi diqqət mərkəzindədir. Bu günə kimi rayonda 13 mərasim evi inşa olunub. Türkeş kəndində də mərasim evinin tikilməsi, Külüs kəndində isə inşasının davam etdirilməsi bu işlərin davamlı xarakter almasından xəbər verir.

Vurğulanıb ki, mərasim evlərinin tikintisi sakinlərin təşəbbüsü ilə yanaşı, dövlətimizin də diqqətindədir. Cari ilin oktyabr ayında dövlət vəsaiti hesabına Şahbuz şəhərində inşa olunan mərasim evi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Türkeşdə mərasim evinin inşa edilməsi dövlət dəstəyi ilə yanaşı, sahibkarlar, iş adamları və kənd sakinlərinin də təşəbbüsü əsasında reallaşıb.

Çıxış edənlər kənd sakinləri adından minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 80 nəfərlik mərasim evində sakinlərin rahatlığı təmin edilib, mətbəx və anbar istifadəyə verilib.

admin

Related Posts