
Xalq artisti Aygün Kazımova növbəti dəfə stili ilə diqqət mərkəzində olub.
Məşhur sənətçi məclisdə buz mavisi “look”u ilə göz oxşayıb. Kazımova eyni rəng pencəklə qısa şort və topiki kombinasiya edib. O, görünüşünü parıltılı çəkmələri və zinət əşyaları ilə tamamlayıb. Pop ulduzun staylinqini stilist Ruxa hazırlayıb.
Pop diva həm də uzun, fərqli düzümdə olan saçları ilə göz qamaşdırıb.