Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bu paltarı geyinən qiymətlidir”

Bir müddət əvvəl əməliyyat olunan müğənni Mətanət Əsədova səhhəti barədə danışıb.

O bildirib ki, gözlərində ciddi problem olub:

“Gözlərimdən əməliyyat olundum, çünki böyük zəiflik var idi. Ondan da öncə bronxlarımdakı problemi aradan qaldırmaq üçün bıçaq altına uzanmışdım. Mənə bədnəzər dəydi, nə oldu sənə, nə oldu belə? (gülür) İnsan robot deyil ki, illər gəlir, ağrımalıyıq da”.

İfaçı həm də efirdə az görünməsinə də aydınlıq gətirib:

“Ürəyim harada açılırsa, ora çıxıram. Ürəyim harada gülür, ora gedirəm. Hara mənə xoşdur, orada oluram”.

Həmkarı Xatunun oğlunun toyunda iştirak edən müğənni məclisə necə hazırlaşdığından da söz açıb:

“Çox gözəl libaslarımdan birini geyindim. Ən sevdiyim paltarı seçdim. Çünki çox sevdiyim bri xanımın məclisinə gəlmişəm. Vaxtında paltar qiymətlərini çox dedim. Libas yox, onu geyinən qiymətlidir”.

admin

Related Posts