Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Adı sənin, dadı mənim” tamaşası bu dəfə Şahbuz təqdim olunub

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının kollektivi tərəfindən təqdim olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Nemət Sultanovdur. Musiqili komediya janrında olan tamaşa Şahbuz Rayon Mədəniyyət Sarayında təqdim olunub.

Tamaşa tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanıb. Satirik komediyada hadisələr ötən əsrin 60-cı illərində Azərbaycan şəhərlərindən birində cərəyan edir və komik məcrada davam edərək dövrün eybəcərliklərini ifşa edir. Tamaşada əsas surət olan Qəlyanalı və onun ətrafındakılar gülüş hədəfidir.

Qeyd edək ki, haqqında danışdığımız tamaşa ilk dəfə Naxçıvanda xalq teatrlarının repertuarına 2019-cu ildə salınıb. Bu il isə Kəngərli və Şərur rayonlarında teatrsevərlərə təqdim olunub.

admin

Related Posts