Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xankəndi yolunda etiraz: Əraziyə azərbaycanlı polislər gəliblər – YENİLƏNİB 

Xankəndi yolunda etiraz: Əraziyə azərbaycanlı polislər gəliblər – YENİLƏNİB 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri ilə yanaşı, polislər də cəlb edilib.

İştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşılayıblar.

Aksiya hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarları ilə davam edir.

***

Azərbaycanlı fəalların Xankəndi yolunda etiraz aksiyası keçirdiyi əraziyə Rusiya sülhməramlıları üçün modul tipli yataqxanalar quraşdırılıb. 

 “KamAZ” markalı avtomobillərlə əraziyə gətirilən konteynerlər ərazidə olan kran vasitəsilə yolun hərəkət hissəsinə qoyulub. 

Bu o deməkdir ki, Rusiya sülhməramlıları bu ərazidə uzunmüddətli müşahidə aparmağa hazırlaşırlar.

***

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Artıq yerli media nümayəndələri ilə yanaşı, qardaş Türkiyədən olan jurnalistlər də aksiyanın keçirildiyi əraziyə gəliblər. 

Bundan başqa, qazilər də aksiya iştirakçılarına qoşulublar. 

Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə sərvətimizin talan olunmasına qarşı şüarlar səsləndirirlər.

***

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Hazırda aksiya iştirakçılarının sayı artmaqdadır.

Gecə saatlarında idmançılarımızdan ibarət qrup aksiyanın keçirildiyi əraziyə gəliblər. 

Bir neçə dəqiqə əvvəl isə 200 nəfərdən ibarət könüllü qrupu Şuşa-Xankəndi yoluna çatıblar və aksiyaya qoşulublar. 

***

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Bu gün səhər saatlarında Xankəndidə separatçı qüvvələrin nümayəndələri iclas keçirərək, bu aksiya ilə bağlı Rusiya sülhməramlılarına məktub ünvanlayıblar. 

Əldə etdiyimiz məlumata görə, Rusiya sülhməramlıları aksiya ilə bağlı qəti qərar veriblər. Onlar aksiyanın gedişatına müdaxilə etməyəcəklərini bildiriblər.

***

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

Aksiya iştirakçıları səsucaldıcılarla “Volkov, cavab ver!”, “Ekoloji terrora son!” şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Onu da qeyd edək ki, Şuşa-Xankəndi yolunu Rusiya sülhməramlıları bağlayıb. Onlar ZTR və hərbi yük avtomobilləri vasitəsilə həm Laçın istiqamətindən, həm də Xankəndidən gələn yolu bağlayıblar. 

***

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Ekofəallar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkova müraciət ünvanlayıblar.

***

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

24 saata yaxın davam edən aksiyada 500-dən çox fəal iştirak edir. 

Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiya iştirakçıları səhər saatlarında “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Editor

Related Posts