Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

STEAM təhsili ilə bağlı interaktiv dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün “Labirint həll edən robotlar” mövzusunda növbəti interaktiv dərs keçirilib.

Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən dərsdə müsabiqəyə necə hazırlaşmalı, hansı alqoritmanı qurmalı və necə kodlaşdırma etməli kimi məsələlərə toxunulub. Şagirdlər üçün həm öyrədici, həm də yarışlara hazırlıq xarakteri daşıyan interaktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 112 təhsil müəssisəsində izlənilib.

admin

Related Posts