Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hərbi qulluqçu Miran Ələkbərli İmişlidə dəfn edilib

Hərbi qulluqçu Miran Ələkbərli İmişlidə dəfn edilib

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, İmişli rayonunun Aranlı kəndindən olan əsgər Ələkbərli Miran Qamət oğlu ilə vida mərasimi keçirilib.

Mərasimdə əsgərimizin doğmaları ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin, İmişli Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, xidmət keçdiyi hərbi hissənin əsgər və zabit heyəti, rayon ictimaiyyəti iştirak edib.

Əsgərimizin cənazəsi doğulduğu Aranlı kənd qəbiristanlığında yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər düzülüb.

Azərbaycanın dövlət bayrağı ailəsinə təqdim edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, dekabrın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib. Hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Editor

Related Posts