Dünya çempionatının Mərakeş – Fransa matçından sonra azarkeşlər arasında qarşıdurma olub.
İğtişaşlar Monpelye şəhərində qeydə alınıb.
Fransızlar “Rədd olun!” şüarları ilə mərakeşli azarkeşləri küçələrdən qovmağa çalışıblar.
Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının ikinci yarımfinal oyununda Fransa yığma komandası Mərakeşi 2:0 hesabı ilə məğlub edib.




