Aİ Ermənistandakı Monitorinq Missiyasını davam etdirəcək

Aİ Ermənistandakı Monitorinq Missiyasını davam etdirəcək

“Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası üçün razılıq əldə olunub”.

Bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

“40 ekspertin monitorinq üçün Ermənistana yerləşdirilməsi səmərəli nəticə verdi. Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayır. Aİ-nin Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda sülhə töhfə verməkdir”,- deyə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

“Aİ Şurası Ermənistan hökuməti ilə razılaşıb ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasından Ermənistana yardım qrupu göndəriləcək. Bu qrup keçid dövrü üçün nəzərdə tutulub və uzunmüddəli missiya üçün hazırlıq aparacaq, həmçinin regiondakı təhlükısizlik vəziyyəti barədə Aİ-ni məlumatlandıracaq. Keçid dövrünün planlaşdırılması üzrə yardım qrupunun, həmçinin Ermənistan və Azərbaycan arasında Aİ tərəfindən vasitəçilik edilən normallaşma prosesində Avropa Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir” – deyə Borrel əlavə edib.

Editor

Related Posts