Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəkidə ağır qəza baş verdi: İki azyaşlı öldü

Şəkidə ağır qəza baş verdi: İki azyaşlı öldü

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Çayqaraqoyunlu kənd sakini, Elçin Məmmədov idarə etdiyi VAZ-21011″ markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub.

Qəza zamanı 2 nəfərin öldüyü və bir-neçə nəfərin xəsarət aldığı bildirilir.

Daha sonra sürücü idarəetməni itirib və avtomobili yol kənarına aşırıb.

Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.

Editor

Related Posts