Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlı müğənni Rusiyada faciəvi şəkildə öldü

Azərbaycanlı müğənni Rusiyada faciəvi şəkildə öldü

Rusiyada yaşayan Reyhan adlı müğənni faciəvi şəkildə dünyasını dəyişib. 

Bu barədə  aparıcı Sərxan Kərəmoğlu “Instagram”da məlumat verib. Onun sözlərinə görə,  müğənni  avtomobil qəzasında həyatın itirib.  

Qəzadan sonra videogörüntüləri və Reyhanın fotosunu izləyiciləri ilə bölüşən Sərxan yazıb: “Reyhan, Allah sənə rəhmət eləsin. Çox üzüldüm. Reklam sevməyən müğənni idi”. 

“Avtomobildə dörd nəfər olub: Reyhan xanım və daha 3 nəfər musiqiçi. Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsa da, Reyhan xanım aldığı ağır xəsarətlərdən vəfat edib.

Reyhan xanım 30 ildi Moksvada yaşayırdı. Əslən Yevlaxdandır. Çox gözəl müğənni idi. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin”, – deyə S.Kərəmoğlu vurğulayıb.

Editor

Related Posts