Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi təmir-bərpa olunur

Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir, bu il 140 illiyini qeyd etdiyimiz şair-filosof Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində təmir-bərpa işləri aparılır.

Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində 10 mindən artıq eksponat toplanıb. Onların böyük bir qismi şairin Naxçıvanda yaşayıb-yaratdığı illərə aid olan məişət əşyaları və digər dəyərli nümunələrdir. Aparılan təmir-bərpa işlərindən sonra eksponatların nümayişi, ekskursiyaların, açıq və interaktiv dərslərin təşkili üçün daha əlverişli imkan yaranacaq.

Cavidlər ailəsinin uyuduğu abidədə də təmir-bərpa işləri aparılır. Kompleksdə aparılan əsaslı yenidənqurma işləri tamamlanmaq üzrədir.

Qeyd edək ki, görkəmli dramaturqun ev-muzeyi və yaxınlığında Cavidlər məqbərəsi 1981-ci ildə ölməz sənətkarın həyat və yaradıcılığının, xatirəsinin əbədiləşdirilməsi məqsədilə ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ucaldılıb. Ömrünü bəşəri ideyaların təbliğinə həsr edən, özündən sonra zəngin ədəbi irs qoyan böyük mütəfəkkir, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində təmir-bərpa işlərinin aparılması ölkəmizdə sənətə və sənətkara göstərilən qiymətin ən gözəl nümunəsidir.

2022-ci ildə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin anadan olmasının 140 ili tamam olub. Prezident İlham Əliyev ölkəmizdə şair-dramaturqun 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

admin

Related Posts