Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Baytarlıqla bağlı dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti kafedrasının dosenti, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmlinin rus dilindən tərcümə etdiyi “İribuynuzlu mal-qara embrionlarının alınması və transplantasiyasına dair rəhbərlik” adlı dərs vəsaitinin təqdimatı olub.

Bu münasibətlə keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı tədbirlər haqqında” və “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına müvafiq olaraq, heyvanların cins tərkibinin yaxşılaşdırılması, ərzaq və qida təhlükəsizliyinin inkişafına yönələn layihələrin tətbiqi məqsədilə bu sahə ilə bağlı elmi-tədqiqat işlərinin aparılması və xarici ədəbiyyatların tərcümə olunaraq nəşr edilməsi nəzərdə tutulub. Kafedrada cari il ərzində müxtəlif kitabların təqdimatının keçirildiyini və bu vəsaitlərin tələbələrin təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini deyən rektor müasir dövrün aktual mövzularından bəhs edən dərs vəsaitini baytarlıq sahəsinə töhfə kimi qiymətləndirib.

Baytarlıq təbabəti kafedrasının dosenti, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov bildirib ki, 6 bölmədən ibarət olan kitabda embrion transplantasiyasının ətraflı, aydın şəkildə izahı verilib.

Tədbirdə digər çıxış edənlər də kitab haqqında təəssüratlarını bölüşüblər.

Tərcümə zamanı kitabın elmi məzmununa, mənasına və mahiyyətinə xələl gətirməyən cüzi dəqiqləşdirmələr aparıldığını deyən müəllif müəllim və tələbələrə dərs vəsaitini təqdim edib.

admin

Related Posts