Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

BMT Təhlükəsizlik Şurası Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib

BMT Təhlükəsizlik Şurası Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib

Ermənistanın şikayəti əsasında BMT Təhlükəsizlik Şurası Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib:

İlk söz alan Fransanın BMT-dəki nümayəndəsi oldu. O, “Azərbaycanın Laçın dəhlizini bağlamasını” pislədi və humanitar fəlakət yaratmamağa çağırdı.

BƏƏ tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırır.

Albaniya da razılığın sülh yolu ilə əldə edilməsinə çağırıb.

Çin mülki şəxslərin hüququna hörmət etməyə və humanitar problemlər yaratmamağa çağırıb.

Çin Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı missiyasını dəstəkləyib. ÇXR-in BMT-nin iclasındakı nümayəndəsi qeyd edib ki, “Rusiya sülhməramlıları öz tapşırıqlarını mükəmməl şəkildə yerinə yetiriblər”.

ABŞ Ermənistan və Qarabağ arasında nəqliyyat əlaqələrinin bağlanmasını qəbuledilməz adlandırıb və Laçın dəhlizi ilə humanitar yüklərin daşınması da daxil olmaqla, daşımaların dərhal bərpasına çağırıb.

Böyük Britaniya Azərbaycandan Laçın dəhlizini dərhal “açmağı” tələb edib.

Rusiya Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib.

Editor

Related Posts