Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Sülhməramlılara məxsus 6 maşının keçidinə şərait yaradılıb

Sülhməramlılara məxsus 6 maşının keçidinə şərait yaradılıb

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib. Bununla da gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 12-yə çatıb.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 23-cü gündür ki, davam edir.

Aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.

Editor

Related Posts