Almaniyadan müalicədən qayıdan meyxanaçı Ələkbər Yasamallının (Quliyev) səhhətindən xəbər var.
Meyxanaçının əmisi oğlu Rasim Quliyev açıqlamasında Ələkbər Yasamallının səhhətinin yaxşı olduğunu açıqlayıb.
“O, Bakıya həmişəlik qayıdıb, Almaniyaya müalicəsinə görə getmişdi. Beş-altı ay idi ki, orada idi. Yazırdılar ki, Ələkbər Yasamallının səhhəti pis vəziyyətdədir. Qohum-əqrəba, ailəsi var, narahat olurlar. Özü də bu kimi xəbərlərə əsəbləşir. Səhhəti yaxşıdır. Ağciyərində piylənmə gedirdi. Müalicəsi Bakıda davam edir. İmkan olsa yenə müalicə üçün Almaniyaya gedəcək”, – deyə qeyd edib.