Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Suqovuşanda suyun səviyyəsi niyə azalıb? 

Suqovuşanda suyun səviyyəsi niyə azalıb? 

Sosial şəbəkələrdə Suqovuşanda su səviyyəsinin kəskin azalması ilə bağlı görüntülər yayılıb. Səbəb kimi Sərsəng su anbarından Suqovuşana gələn suyun məqsədli şəkildə kəsilməsi göstərilib.

Məsələ ilə bağlı Tərtərçay Hidroqovşaq İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov açıqlama verib.

O bildirib ki, Suqovuşan su anbarında gölün səviyyəsinin aşağı enməsinə səbəb orada gedən təmir-bərpa işləri ilə əlaqədardır:

“Dib qapılarının təmirə ehtiyacı olduğu bizim tərəfimizdən göldə suyun səviyyəsi məqsədyönlü şəkildə aşağı salınıb. Təmir-bərpa işləri başa çatdıqdan sonra göl əvvəlki iş rejiminə qaytarılacaq”.

Editor

Related Posts